İki klubumuzun baş məşqçisi kursa yazıldı

İki klubumuzun baş məşqçisi kursa yazıldı I modulun növbəti mərhələsi 20 - 22 mayda gerçəkləşəcək
Futbol
6 May , 2021 15:27
İki klubumuzun baş məşqçisi kursa yazıldı

AFFA-nın Futbol Mərkəzindəki “Dalğa Arena”da UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun 1-ci moduluna start verilib.

"Report" xəbər verir ki, Aslan Kərimovun rəhbərlik etdiyi kursda "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev, onun "Keşlə"dəki həmkarı Sənan Qurbanov, həmçinin "Neftçi"nin sabiq baş məşqçisi Füzuli Məmmədov da iştirak edir.

Qeyd edək ki, I modulun növbəti mərhələsi 20 - 22 mayda gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi