İki klub Fransa çempionatından kənarlaşdırıla bilər

İki klub Fransa çempionatından kənarlaşdırıla bilər "Bordo" və "Anje" klubları Fransa Liqa 1-dən kənarlaşdırıla bilər.
Futbol
816
3 İyul , 2021 13:50
İki klub Fransa çempionatından kənarlaşdırıla bilər

"Bordo" və "Anje" komandaları Fransa Liqa 1-dən kənarlaşdırıla bilər.

"Report" "Get French Football News"a istinadən xəbər verir ki, qərar Fransa təmsilçilərinin maliyyə hesabatlarını izləyən qurum tərəfindən verilib.

"Anje"nin aşağı dəstəyə düşməsi maliyyə pozuntuları ilə əlaqədardır. Klub məsələ ilə bağlı apellyasiya şikayəti verib.

ABŞ-ın "King Street" şirkəti isə artıq "Bordo"ya maddi dəstək vermək niyyətində deyil. Klubu "Lill"in keçmiş sahibi Jerar Lopes almaq istəyir.

Liqa 1 təmsilçiləri apellyasiya şikayətlərinin təmin olunmasını gözləyir.

Son xəbərlər

Orphus sistemi