"Qarabağ" futbol klubunun sabiq mətbuat katibi Nurlan İbrahimovla bağlı İdman Arbitraj Məhkəməsinin (CAS) qərarının tarixi növbəti dəfə dəyişdirilib.
"Report"un məlumatına görə, bu barədə onun vəkili Fərid Haqverdiyev açıqlama verib.
O bildirib ki, CAS-dan gələn məktubla İbrahimov barədə qərarın açıqlanma tarixi mayın 25-dək uzadılıb.