İbrahimoviç "Milan"da qalmağa qərar verib

İbrahimoviç "Milan"da qalmağa qərar verib İsveçli hücumçu Zlatan İbrahimoviç "Milan"da qalmaq barədə qərar qəbul edib.
Futbol
31 İyul , 2020 08:26
İbrahimoviç Milanda qalmağa qərar verib

İsveçli hücumçu Zlatan İbrahimoviç "Milan"da qalmaq barədə qərar qəbul edib.

“Report” xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Məlumata görə, komandada qalmaq arzusu barədə futbolçu özü bildirib. Yeni razılaşmanın imzalanması haqqında danışıqlar hələ başlanmayıb, ancaq tərəflər müqavilənin imzalanacağına şübhə etmir.

İbrahimoviçin klubla müqaviləsi avqustun sonunda başa çatacaq. Hücumçu "Milan"a 2020-ci ilin yanvarında keçib. O, A Seriyasının 19 matçında iştirak edərək, 10 qol vurub və 5 məhsuldar ötürmə verib.

Son xəbərlər

Orphus sistemi