İbrahimoviç "Mançester Yunayted"ə qarşı hər iki oyunu buraxacaq

İbrahimoviç "Mançester Yunayted"ə qarşı hər iki oyunu buraxacaq Klub hələlik məlumatı təsdiqləməyib
Futbol
1 Mart , 2021 19:25
İbrahimoviç Mançester Yunaytedə qarşı hər iki oyunu buraxacaq
Zlatan İbrahimoviç

İtaliya "Milan"ının futbolçusu Zlatan İbrahimoviç İngiltərənin "Mançester Yunayted" klubu ilə Avropa Liqasının 1/8 final mərhələsininin hər iki oyununu buraxacaq.

"Report" "Goal" nəşrinə istinadən xəbər verir ki, isveçli hücumçu zədə səbəbindən sözügedən qarşılaşmalarda meydana çıxa bilməyəcək.

Bud əzələsindən xəsarət alan 40 yaşlı forvardın A Seriyasında "Udineze", "Verona" və "Napoli" ilə matçlarda da iştirak etməyəcəyi gözlənilir. Klub hələlik məlumatı təsdiqləməyib.

Qeyd edək ki, "Mançester Yunayted"lə "Milan" arasında ilk oyun martın 11-də İngiltərədə, cavab görüşü isə 1 həftə sonra İtaliyada olacaq.

Son xəbərlər

Orphus sistemi