İbrahimoviç: "Koronavirusun mənə meydan oxuması yaxşı fikir deyil"

İbrahimoviç: "Koronavirusun mənə meydan oxuması yaxşı fikir deyil" İtaliyanın "Milan" klubununun futbolçusu Zlatan İbrahimoviç koronavirusa yoluxması ilə bağlı fikirlərini bölüşüb.
Futbol
24 Sentyabr , 2020 19:41
İbrahimoviç: Koronavirusun mənə meydan oxuması yaxşı fikir deyil
Zlatan İbrahimoviç

İtaliyanın "Milan" klubununun futbolçusu Zlatan İbrahimoviç koronavirusa yoluxması ilə bağlı fikirlərini bölüşüb.

"Report"un məlumatına görə, özünün "Twitter" hesabında paylaşım edən isveçli hücumçu bugünkü test nəticəsinin müsbət çıxdığını yazıb.

38 yaşlı forvard xəstəliyi simptomsuz keçirdiyini bildirib: "Dünənki testin nəticəsi mənfi, bugünkü isə müsbət oldu. Heç bir narahatlığım yoxdur. Koronavirus mənə meydan oxumağa cəsarət etdi. Məncə, pis ideyadır".

Ötən gün "Milan"ın braziliyalı müdafiəçisi Duartedə infeksiya aşkarlanıb. Bundan sonra bütün kollektivin test verməsi qərara alınıb.

Qeyd edək ki, Zlatan İbrahimoviç bu gün Norveç "Bodo Qlimt"i ilə Avropa Liqasının III təsnifat mərhələsinin qarşılaşmasını buraxacaq. "San Siro" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi