İbrahimoviç 10 oyunluq diskvalifikasiya oluna bilər

İbrahimoviç 10 oyunluq diskvalifikasiya oluna bilər İtaliyanın "Milan" komandasının futbolçusu Zlatan İbrahimoviç sərt cəza ala bilər.
Futbol
30 Yanvar , 2021 17:07
İbrahimoviç 10 oyunluq diskvalifikasiya oluna bilər
Zlatan İbrahimoviç

İtaliyanın "Milan" komandasının futbolçusu Zlatan İbrahimoviç sərt cəza ala bilər.

"Report" "La Stampa"ya istinadən xəbər verir ki, isveçli hücumçunun "İnter"lə kubok qarşılaşmasında (1:2) rəqib komandanın forvardı Romelu Lukakuya qarşı irqçi ifadələr işlətməsi təsdiqlənərsə, onu 10 oyunluq diskvalifikasiya gözləyir.

Hər iki futbolçu sözügedən görüşdə bir-birini təhqir etdikləri üçün artıq 1 matçlıq cəzalanıblar.

Qeyd edək ki, 1/4 finalda "Milan"ı mübarizədən kənarlaşdıran "İnter" yarımfinalda "Yuventus"a rəqib olub.

Son xəbərlər

Orphus sistemi