“İticket” şirkəti "Qarabağ" - “Roma” görüşünə bilet satışı ilə bağlı narazılıqlara aydınlıq gətirib

“İticket” şirkəti "Qarabağ" - “Roma” görüşünə bilet satışı ilə bağlı narazılıqlara aydınlıq gətirib "Atletiko” ilə matç üçün satılan vauçerlərin 5 mindən artığı biletlə dəyişdirilib
Futbol
3 Oktyabr , 2017 17:59
“İticket” şirkəti Qarabağ - “Roma” görüşünə bilet satışı ilə bağlı narazılıqlara aydınlıq gətirib

Bakı. 3 oktyabr. REPORT.AZ/ "İticket” şirkəti "Qarabağ” komandasının futbol üzrə Çempionlar Liqasının II turunda İtaliya "Roma”sına qarşı keçirdiyi görüşə bilet satışı ilə əlaqədar narazılıqlara aydınlıq gətirib.

Şirkətdən “Report”a bildirilib ki, əvvəl vauçer satmaq, sonra onu kağız biletə dəyişmək ikiqat zəhmət tələb edir. Lakin elektron bileti saxtalaşdırmaq çox asandır. Bir biletin 10, 100 ədəd surətini çıxarmaq mümkündür. Real biletin isə surətini çıxarmaq mümkün deyil. Məhz bu səbəbdən, mötəbər yarışlar zamanı biletin satışı əvvəl təkcə vauçerlərlə yekunlaşmır.

Biletlərin İtaliyadan sifariş verilməsini həmin kağızdan Azərbaycanda olmaması ilə əlaqələndirən “İticket” azarkeşlərin, təxminən, 70 faizinin yalnız oyuna 40 dəqiqə qalmış stadiona gəlmələrinin çətinliklərə yol açdığını qeyd edib: “Bu halda insan axınının qarşısını almaq mümkün olmadığı üçün müəyyən problemlər ortaya çıxdı. Stadionda 3 sektorun boş qalması isə həmin hissənin "Roma” fanatlarına ayrılmasından irəli gəlirdi. UEFA-nın qaydalarına əsasən, arenanın azarkeş tutumunun 5 faizi qədər yer qonaq komandaya ayrılmalıdır. İtaliyadan həmin sayda azarkeş ölkəmizə gəlməmişdi. Həmin sektorların biletlərinin yerli azarkeşlərə satılması isə qadağandır”.

Şirkətdən verilən açıqlamada deyilir ki, 1 biletin 2 dəfə satılması da qeyri-mümkündür. Bununla bağlı yaranan narazılıq korporativ biletlərə aiddir: “Müəyyən şirkətlər vauçeri aldıqdan sonra onu hədiyyə ediblər. Bileti hədiyyə olaraq əldə edən şəxs də 2 dəfə vauçeri biletə dəyişməyə cəhd edib. Bu halda birinci şəxsin adı sistemdən çıxarılıb. Biletlərdə alıcının ad və soyadının, şəxsiyyət vəsiqəsinin nömrəsinin qeyd edilməsi haqda qərarı "İticket” şirkəti olaraq "Qarabağ” klubu ilə birgə qəbul etmişik. Bu addım "qara bazar”ın qarşısının alınması üçün atılıb. 100 faiz mümkün olmasa da, əminliklə söyləyə bilərik ki, "qara bazar”ın qarşısının ən az yarısından çoxunu ala bildik. Bir daha azarkeşlərin diqqətinə çatdırırıq ki, "qara bazar”dan bilet almasınlar. 2 manatlıq bileti 20-30 manata almağın nə mənası var”?

Qeyd edək ki, "Qarabağ"ın oktyabrın 18-də İspaniyanın “Atletiko”, noyabrın 22-də isə İngiltərənin "Çelsi” komandaları ilə keçirəcəyi ev oyunlarına vauçerlərin satışı davam edir. Artıq "Atletiko” ilə matç üçün satılan vauçerlərdən 5 mindən artığı biletə dəyişdirilib. "Çelsi” ilə görüş üçün isə 4 mindən çox vauçer satılıb. 

Son xəbərlər

Orphus sistemi