İtaliya klubunun prezidenti koronavirusa yoluxdu

İtaliya klubunun prezidenti koronavirusa yoluxdu İtaliya B Seriyasında çıxış edən Pordenone klubunun 55 yaşlı prezidenti Mauro Lovisada koronavirus infeksiyası aşkarlanıb.
Futbol
12 Aprel , 2020 07:45
İtaliya klubunun prezidenti koronavirusa yoluxdu

İtaliya B Seriyasında çıxış edən "Pordenone" klubunun 55 yaşlı prezidenti Mauro Lovisada koronavirus infeksiyası aşkarlanıb.

“Report”un məlumatına görə, bu barədə Lovisanın özü klubun rəsmi saytına açıqlamasında bildirib.

"Son saatlarda KİV-də COVID-19-a yoluxduğuma dair xəbərlər dalğasını nəzərə alaraq, rəsmən bildirmək istəyirəm ki, bəli, mən də bu lənətlənmiş virusla mübarizə aparıram və özümü yaxşı hiss edirəm. Amma hələ tam sağalmamışam. Gələn həftə bu xoşagəlməz dövrün başa çatması ümidi ilə yeni test verəcəyəm", - deyə o əlavə edib.

"Pordenone" İtaliya çempionatının dayandırılmasına qədər cari mövsümdə 28 matçda 45 xal yığıb və yarış cədvəlində dördüncü yer tutur.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar digər ölkələrdə olduğu kimi, İtaliyada da çempionat dayandırılıb.

Son xəbərlər

Orphus sistemi