Bakı. 12 yanvar. REPORT.AZ/ Futbol üzrə İtaliya Kubokunun 1/8 final oyununda "Yuventus" doğma meydanda "Atalanta" üzərində 3:2 hesabı ilə qələbə qazanıb.
"Report" xəbər verir ki, qalib komandanın heyətində Paulo Dibala, Mario Mancukiç və Miralem Pyaniç fərqlənib.
"Atalanta"nın qollarını Abdulay Konko və Emmanuel Latte Lat vurub.
Turin klubu 1/4 finalda "Milan" – "Torino" cütünün qalibi ilə qarşılaşacaq. Görüş bu gün keçiriləcək.