İtaliya klubunun prezidentinin əmlakına həbs qoyulub

İtaliya klubunun prezidentinin əmlakına həbs qoyulub Bakı. 28 noyabr. REPORT.AZ/ İtaliyanın Sampdoriya klubunun prezidenti Massimo Ferreronun əmlakına həbs qoyulub.
Futbol
28 Noyabr , 2018 17:21
İtaliya klubunun prezidentinin əmlakına həbs qoyulub

Bakı. 28 noyabr. REPORT.AZ/ İtaliyanın "Sampdoriya" klubunun prezidenti Massimo Ferreronun əmlakına həbs qoyulub. 

"Report" xəbər verir ki, İtaliya Maliyyə Qvardiyasının əməkdaşları klub rəhbərinin əmlakının həbsi ilə bağlı əməliyyat aparır. 

Klub funksioneri ilə birgə daha bir neçə şəxs olub. Onlar dələduzluq, əmlakın qanunsuz mənimsənilməsi, çirkli pulların yuyulması, fırıldaqçılıq və digər məsələlərlə bağlı istintaqa cəlb olunub. Həbs Ferrero və digər 5 şübhəlinin ümumi dəyəri 2.6 milyon avro olan əmlaklarına qoyulub. "Sampdoriya" klubunun 200 min avrosu da həmin məbləğə daxildir. 

İstintaq futbolçu Pedro Obianqın "Sampdoriya"dan İngiltərənin "Vest Hem" klubuna keçidi ilə əlaqədar aparılır. İspaniyalı yarımmüdafiəçinin transferindən əldə olunan 1,2 milyon avro gəlir klubun kassasına çatmayıb. İlkin ehtimala görə, kinoprodüser fəaliyyəti ilə də məşğul olan Ferrero həmin məbləğdən şəxsi məsələlərinə görə istifadə edib.

Son xəbərlər

Orphus sistemi