İtaliya çempionatının davam etdirilməsi problemlə üzləşib

İtaliya çempionatının davam etdirilməsi problemlə üzləşib Futbol üzrə İtaliya çempionatı mövsümü davam etdirməyə bilər.
Futbol
13 May , 2020 07:42
İtaliya çempionatının davam etdirilməsi problemlə üzləşib

Futbol üzrə İtaliya çempionatı mövsümü davam etdirməyə bilər.

“Report” xəbər verir ki, bu barədə “Football Italia” bildirib.

Məlumata görə, klub həkimləri mövsümün davam etdirilməsi protokolundan narazılığa görə istefa ilə hədələyiblər. İtaliya hökuməti və Elmi Komitə A Seriyasında məşqlərin və matçların davam etdirilməsinin protokolunu hazırlayıb. Protokola əsasən oyunçunun koronavirusa yoluxmasına görə hüquqi məsuliyyət həkimlərin üzərinə düşür.

Futbol üzrə Həkimlər Assosiasiyasının prezidenti Enriko Kastellaççi bildirib ki, ölkə klublarının bir çox həkimi istefaya getməyə hazırdır. Onlar hesab edirlər ki, futbolçuların koronavirusa yoluxmasına görə məsuliyyəti klublar daşımalıdır.

Daha əvvəl bildirilirdi ki, liqanın 20 klubunun hamısı indiki mövsümü başa çatdırmaq arzusunu ifadə edib. Bununla da onlardan bəzilərinin, xüsusi halda "Torino" və "Breşiya"nın mövsümü vaxtından əvvəl başa çatdırmaq xəbəri təkzib edilib. 

Son xəbərlər

Orphus sistemi