İtaliya çempionatında cari mövsüm ləğv oluna bilər

İtaliya çempionatında cari mövsüm ləğv oluna bilər İtaliyanın futbol klubları cari mövsümü vaxtından əvvəl bitirib növbəti çempionata üstünlük verməyi təklif edə bilərlər.
Futbol
29 Aprel , 2020 18:08
İtaliya çempionatında cari mövsüm ləğv oluna bilər

"İtaliyanın futbol klubları cari mövsümü vaxtından əvvəl bitirib növbəti çempionata üstünlük verməyi təklif edə bilərlər".

"Report" xəbər verir ki, bu barədə ölkənin idman naziri Vinçentso Spadafora "La 7" telekanalına açıqlamasında bildirib.

Onun fikrincə, Fransa futbolunda verilən qərarlar yerli federasiyanı da oxşar addımlar atmağa məcbur edə biləcək.

Nazirin sözlərinə görə, A Seriyasının nümayəndələri ilə növbəti görüşdə sürprizlər ola bilər: "Klubların əksəriyyəti növbəti mövsümə daha yaxşı hazırlaşmaq üçün bizdən cari çempionatı vaxtından tez bitirməyi xahiş edə bilərlər".

Qeyd edək ki, Fransa hökuməti koronavirus pandemiyası səbəbindən sentyabra qədər ölkədə idman yarışlarının keçirilməsinə qadağa qoyub.

Son xəbərlər

Orphus sistemi