Bakı. 27 dekabr. REPORT.AZ/ Futbol üzrə İtaliya A Seriyasında 2016-2017-ci il mövsümündə komandaların sayı azaldıla bilər. "Report"un məlumatına görə, belə bir təkliflə İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio çıxış edib.
O bildirib ki, A Seriyasında komandaların sayı 20-dən 18-ə endirilməlidir: "2015-ci ildə biz bunların hamısının necə baş verməli olduğunu düşünməliyik. 2016-2017-ci il mövsümü üçün klub sayının ixtisara salınmasına dair sorğu keçirmək niyyətindəyik".
Qeyd edək ki, sonuncu dəfə İtaliyanın yüksək liqasında 2003-2004-cü il mövsümündə 18 komanda mübarizə aparıb.