İsveçrə şirkəti AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyətini qiymətləndirdi

İsveçrə şirkəti AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyətini qiymətləndirdi İsveçrənin SGS şirkəti 2019-cu ildə AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb.
Futbol
11 Mart , 2020 09:56

İsveçrənin SGS şirkəti 2019-cu ildə AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb.

"Report"un məlumatına görə, şirkət tərəfindən assosiasiyaya ünvanlanmış təbrik məktubunda qeyd olunub ki, AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğundur.

Bildirilib ki, Lisenziyalaşdırma qrupu 2020-21-ci il Lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.

Qeyd edək ki, SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir. 

Son xəbərlər

Orphus sistemi