Bakı. 15 dekabr. REPORT.AZ/ Futbol üzrə Türkiyə Super Liqasının XVI turunda "Beşiktaş" və "Qalatasaray" klubları arasında keçiriləcək İstanbul derbisinin keçiriləcəyi stadion müəyyənləşib.
"Report"-un məlumatına görə, komandalar İstanbulda yerləşən "Olimpiya Stadionu"nda üz-üzə gələcək.
Bu barədə "Beşiktaş" klubunun prezidentinin ikinci köməkçisi Ahmet Nur Çebi yerli mətbuatında açıqlamasında bildirib. Klub rəsmisi təxminən 70 min azarkeşin sözügedən derbini izləyəcəyini dilə gətirib.
A.Çebi açıqlamasında Türkiyə Futbol qurumunda "Beşiktaş"a qarşı müsbət münasibətin olmadığını da söyləyib. O, təmsil etdiyi klubun uğurlu yolda olduğunu və hər stadionda oynaya biləcəyini açıqlayıb.