İspaniyanın “Vilyareal” klubuna yeni baş məşqçi təyin olunub

İspaniyanın “Vilyareal” klubuna yeni baş məşqçi təyin olunub 51 yaşlı ispan mütəxəssislə birillik müqavilə imzalanıb
Futbol
11 Avqust , 2016 20:15
İspaniyanın “Vilyareal” klubuna yeni baş məşqçi təyin olunub

Bakı. 11 avqust. REPORT.AZ/ İspaniyanın “Vilyareal” klubuna yeni baş məşqçi təyin edilib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, komandaya Fran Eskriba rəhbərlik edəcək.

51 yaşlı ispan mütəxəssislə birillik müqavilə imzalanıb.  

Qeyd edək ki, F.Eskriba ötən mövsüm İspaniyanın "Xetafe" klubunu çalışdırıb. 

Xatırladaq ki, “Vilyareal” 2013-cü ildən kluba rəhbərlik edən 50 yaşlı baş məşqçi Marselino Qarsiya Toralı istefaya göndərib. Son mövsümdə isə “Vilyareal” İspaniya çempionatında 4-cü yer tutub

Son xəbərlər

Orphus sistemi