İspaniyalı futbolçu: "Qəbələ"dən yeni təklif almamışam"

İspaniyalı futbolçu: "Qəbələ"dən yeni təklif almamışam" "Tədricən normal həyata qayıdırıq. Mayın 4-dən insanlar birlikdə yaşadıqları şəxslərlə küçəyə çıxa bilirlər. Qaçış da daxil olmaqla, fərdi məşqlər etməyə icazə verilir".
Futbol
12 May , 2020 14:11
İspaniyalı futbolçu: Qəbələdən yeni təklif almamışam

"Tədricən normal həyata qayıdırıq. Mayın 4-dən insanlar birlikdə yaşadıqları şəxslərlə küçəyə çıxa bilirlər. Qaçış da daxil olmaqla, fərdi məşqlər etməyə icazə verilir".

Bu fikirləri "Report"a açıqlamasında "Qəbələ"nin ispaniyalı futbolçusu Fernan Lopes koronavirusla bağlı ölkəsindəki vəziyyət barədə danışarkən deyib.

25 yaşlı yarımmüdafiəçi bildirib ki, ölkədə mayın 11-dən bəzi mağazalar açılmağa başlayıb: "Müxtəlif iaşə obyektləri və əyləncə məkanları profilaktik tədbirlər ilə fəaliyyətini bərpa edəcək. Məsələn, insanlar barlara, restoranlara gedə biləcəklər. Amma obyektlərin yalnız 30 faizi dola bilər. Həmçinin hotellər də öz qapılarını müştərilərin üzünə açacaq".

Lopesin sözlərinə görə, mayın 25-də karantinin yumşalmasının ikinci mərhələsi başlayacaq: "Bundan sonra komanda şəklində məşqlərə icazə veriləcək. İyunun 8-dən çimərliklər, ticarət mərkəzləri açılacaq. 24 iyunda hər şeyin normal vəziyyətə qayıdacağı gözlənilir"

Pandemiya ilə bağlı martın sonunda İspaniyaya yollanan legioner Bakıya qayıdışının sərhədlərin nə vaxt açılmasından asılı olduğunu söyləyib: "Əvvəlcə liqa bərpa olunmalı və Bakı aeroportu açılmalıdır. Amma çempionat başlasa, mümkün olduğu qədər tez qayıtmağa çalışacağam".

Futbolçu "Qəbələ"dən tez-tez onunla əlaqə saxlandığını vurğulayıb: "Bir həftə əvvəl mənə dedilər ki, çempionat mayın 23-də bərpa olunacaq. Sonra isə bildirdilər ki, hələ yekun qərar verilməyib. İndi isə hamı kimi "Qəbələ" rəhbərliyi də gözləmə mövqeyindədir. Düşünürəm ki, bunu heç kim bilmir".

Hazırda Azərbaycan Premyer Liqasının bərpası ilə yanaşı, ləğvi də gündəmdədir. Lopes isə çempionatın başa çatdırılmasının tərəfdarıdır: "Düşünürəm ki, qarşılaşmaların hamısını oynamaq daha yaxşı olardı. Amma virusla bağlı Azərbaycandakı vəziyyəti bilmirəm və mən virus üzrə mütəxəssis deyiləm. Ona görə də bu məsələdə mənim fikirlərim o qədər əsas deyil".

Mayın 31-də "Qəbələ" ilə müqaviləsi başa çatacaq oyunçu klubdan yeni təklif almadığını bildirib: "Səbəbini bilmirəm. Lakin indi bunu danışmağın yeri deyil. Əsas çempionatın taleyidir. Mövsümün ləğv olunması tək bizim üçün yox, bütün klublar üçün haqsızlıq olacaq. Amma bu, xüsusi vəziyyətdir və ölkələr eyni durumdadırlar. Bundan bir çox komanda təsirlənəcək. İstərdim ki, çempionat bərpa olunsun".

Qeyd edək ki, Fernan Lopes 2019-cu ilin yayından "Qəbələ"də çıxış edir.

Son xəbərlər

Orphus sistemi