La Liqa üçün yeni təqvim təsdiqləndi

La Liqa üçün yeni təqvim təsdiqləndi İspaniya Futbol Federasiyası (RFEF) La Liqada cümə və bazar ertəsi günləri oyun keçirilməsinə icazə verib.
Futbol
475
27 May , 2020 18:03
La Liqa üçün yeni təqvim təsdiqləndi

İspaniya Futbol Federasiyası (RFEF) La Liqada cümə və bazar ertəsi günləri oyun keçirilməsinə icazə verib.

"Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, bu addım koronavirus səbəbindən yarımçıq dayandırılmış çempionatı başa çatdırmaq məqsədilə atılıb.

Açıqlamada bildirilib ki, La Liqa bərpa olunduğu vaxtdan cari mövsümün sonunadək qarşılaşmalar sözügedən günlərdə təşkil oluna biləcək.

Qeyd edək ki, İspaniya La Liqası iyunun 11-də qaldığı yerdən davam edəcək.

Son xəbərlər

Orphus sistemi