İspaniya Kral Futbol Federasiyası klublara 500 milyon avro yardım təklif etdi

İspaniya Kral Futbol Federasiyası klublara 500 milyon avro yardım təklif etdi İspaniya Kral Futbol Federasiyası (RFEF) La Liqanın koronavirus pandemiyası ilə əlaqədar dayandırılması səbəbindən ciddi pul itkisi ilə üzləşən klublara maliyyə yardımı etməyə hazırdır.
Futbol
168
26 Mart , 2020 10:42
İspaniya Kral Futbol Federasiyası klublara 500 milyon avro yardım təklif etdi

İspaniya Kral Futbol Federasiyası (RFEF) La Liqanın koronavirus pandemiyası ilə əlaqədar dayandırılması səbəbindən ciddi pul itkisi ilə üzləşən klublara maliyyə yardımı etməyə hazırdır. 

"Report"un məlumatına görə, bu barədə RFEF-in prezidenti Luis Rubiales açıqlama verib. O, La Liqa rəhbərliyinin istəyi əsasında bu məsələni müzakirə edəcəklərini bildirib: "Biz 500 milyon avro kredit xətti üzərində işləyirik". 

Daha əvvəl Almaniya Bundesliqasında 4 klub ehtiyacı olan digər komandalara 20 milyon avro ayırıb. İngiltərə Premyer Liqası klublarının isə oyunçularından əmək haqlarında 50 faiz endirim xahişi edə biləcəkləri məlum olub. 

Son xəbərlər

Orphus sistemi