İspaniya klubunun futbolçusu azadlığa buraxılıb

İspaniya klubunun futbolçusu azadlığa buraxılıb Bakı. 13 iyul. REPORT.AZ/ İspaniyanın Vilyarreal klubunun futbolçusu Ruben Semedu girov qoyduqdan sonra həbsxanadan azad olunub.
Futbol
13 İyul , 2018 18:01
İspaniya klubunun futbolçusu azadlığa buraxılıb

Bakı. 13 iyul. REPORT.AZ/ İspaniyanın "Vilyarreal" klubunun futbolçusu Ruben Semedu girov qoyduqdan sonra həbsxanadan azad olunub. 

"Report" "Marca"ya istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçiyə şərti cəza verilib. Portuqaliyalı oyunçu 30 min avro cərimə ödəyəcək və bir sıra şərtləri yerinə yetirəcək. Semedu hesabat üçün həftədə bir dəfə məhkəməyə getməli olacaq və zərər yetirdiyi şəxslərə 300 metr məsafədə yaxınlaşa bilməyəcək.

Qeyd edək ki, Ruben Semedu qətl, soyğunçuluq, zorakılıq və qanunsuz silah saxlamaqla ittiham olunur. O, bu ilin fevral ayında həbs olunub.

Son xəbərlər

Orphus sistemi