İspaniya klubunun futbolçuları məşqə çıxmaqdan imtina etdilər

İspaniya klubunun futbolçuları məşqə çıxmaqdan imtina etdilər İspaniyanın Elçe klubunun futbolçuları yerli hökumətin icazəsinə baxmayaraq, məşqləri bərpa etməkdən imtina ediblər.
Futbol
13 May , 2020 15:25
İspaniya klubunun futbolçuları məşqə çıxmaqdan imtina etdilər

İspaniyanın "Elçe" klubunun futbolçuları yerli hökumətin icazəsinə baxmayaraq, məşqləri bərpa etməkdən imtina ediblər. 

"Report" "Football Espana" nəşrinə istinadən xəbər verir ki, oyunçular maaşların azalmasına etiraz edərək bugünkü məşqə qatılmayıblar. 

Bunun birdəfəlik aksiya olub-olmadığı bəlli deyil. Oyunçuların ödənişləri tam alana qədər hazırlıqlara başlayacağı qeyri-müəyyəndir. 

Oyunçularla klub rəhbərliyi arasındakı gərginlik məşqçilər heyətinin əvvəlki maaşlarını bərpa etməsi ilə artıb. 

Qeyd edək ki, "Elçe" Sequndada çıxış edir, komanda 31 oyundan sonra 46 xalla turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. İspaniyada yerli liqalar martın 12-də koronavirus pandemiyasına görə dayandırılıb. 

Son xəbərlər

Orphus sistemi