İspaniya çempionatı: "Barselona" - "Real Madrid" qarşılaşmasında qalib müəyyənləşməyib - VİDEO

İspaniya çempionatı: "Barselona" - "Real Madrid" qarşılaşmasında qalib müəyyənləşməyib - VİDEO Matçda hər 2 qol fasilədən sonra vurulub
Futbol
3 Dekabr , 2016 21:35
İspaniya çempionatı: Barselona - Real Madrid qarşılaşmasında qalib müəyyənləşməyib - VİDEO

Bakı. 3 dekabr. REPORT.AZ/ Bu gün futbol üzrə İspaniya çempionatının 14-cü turu çərçivəsində "Barselona" və "Real Madrid" klubları üz-üzə gəlib.

"Report"un məlumatına görə, La Liqanın lideri və Çempionlar Liqasının hazırkı qalibi "Real Madrid" mövsümün ilk "El Klassiko"sunu rəqib meydanında keçirib.

Oyunda qalib müəyyənləşməyib. Matçda hər 2 qol fasilədən sonra vurulub. Luis Suares fasilədən az sonra “Barselona”nı hesabda irəli çıxarsa da, rəqib kapitan Serxio Ramos son dəqiqədə başla qolla komandasını məğlubiyyətdən xilas edib.

Bununla da “Real Madrid” məğlubiyyətsiz seriyasını davam etdirib və ən yaxın izləyicisi olan “Barselona” ilə 6 xallıq fərqini qoruyub saxlayıb.

İspaniya Primerosu, XIV tur

"Barselona" - "Real Madrid" - 1:1

Qollar: Luis Suares, 53 - Serxio Ramos, 90

Son xəbərlər

Orphus sistemi