Bakı. 8 mart. REPORT.AZ/ Futbol üzrə İspaniya çempionatında 26-cı turun oyunları keçirilib.
"Report" xəbər verir ki, bu turda Madridin "Real" klubu gözlənilmədən səfərdə Bilbaonun "Atletik" kollektivinə məğlub olub.
"San-Mames" stadionunda keçirilən görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qələbə qolunu Arits Aduris öz hesabına yazdırıb.
İspaniya. Primyer liqa. 26-cı tur
"Atletik" — "Real" — 1:0
"Deportivo" — "Seviliya" - 3 - 4
"Elçe"— "Almeriya" - 1 - 0























