Bakı. 18 aprel. REPORT.AZ/ İran ilk dəfə keçiriləcək çimərlik futbolu üzrə Xəzər Kubokuna ev sahibliyi edəcək. "Report"un məlumatına görə, bu barədə FİFA-nın İdarə Heyətinin üzvü və Ümumdünya Çimərlik Futbolu Təşkilatının vitse-prezidenti Joan Kusko açıqlama verib.
O, İranın liman şəhəri olan Ənzəlinin şimalında tikiləcək çimərlik futbolu stadionunu nəzərdən keçirdiklərini və böyük turnirin təşkil olunacağını söyləyib: "Turnir təqribən altı aydan sonra başlayacaq və bütün Xəzəryanı ölkələrin çimərlik futbolu üzrə milli komandaları çıxış edəcək".
Qeyd edək ki, Xəzəryanı ölkələrə Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan daxildir.