İqor Ponamaryov: "Neftçi"ni bu vəziyyətdə görmək çox üzücüdür" - MÜSAHİBƏ

İqor Ponamaryov: "Neftçi"ni bu vəziyyətdə görmək çox üzücüdür" - MÜSAHİBƏ "Bakıya gəlişimin yeganə səbəbi var"
Futbol
28 Sentyabr , 2016 17:21
İqor Ponamaryov: Neftçini bu vəziyyətdə görmək çox üzücüdür - MÜSAHİBƏ

Bakı. 28 sentyabr. REPORT.AZ/ İsveçdə yaşayan Azərbaycanın veteran futbolçusu İqor Ponomaryovun "Report"a müsahibəsi

- Bakıya səfəriniz nə ilə bağlıdır?

- Bakıya gəlişimin yeganə səbəbi var: İsgəndər Cavadovun 60 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirak. Biz onunla birgə böyümüşük, çoxdan dostuq, məişət problemlərimizədək xəbərdarıq, bir-birimizi yaxşı tanıyırıq. Həftədə bir-birimizlə əlaqə saxlayırıq. Bir sözlə, yaxın dostuq.

- "Neftçi" barədə nə deyə bilərsiniz?

- Azərbaycan çempionatını hərdən izləyirəm. Amma nəsə deməyim çətindir. Çünki hesabı öyrənib kimdənsə nəsə eşidəcək qədər məlumatlıyam. Bunlara əsasən hansısa nəticələr çıxarmaq mümkün deyil. Nəsə demək üçün komandanın içində olanları bilmək lazımdır.

- Bəs özünüzə "Neftçi" və ya digər komandalardan təklif gəlməyib?

- Xeyr. Açığı, hələlik özüm də heç yerə can atmıram. Futbol sahəsində çalışmıram. Mən futbolsuz dincəlirəm, futbol da mənsiz.

- Sizə elə gəlmirmi ki, hazırkı situasiyada "Neftçi"nin keçmiş futbolçuları, veteranları komandanı həm sözləri, həm də işləri ilə dəstəkləməlidirlər?

- Hesab edirəm ki, klub rəhbərliyinin özü lazımı dəstəyi verməyə çalışır.

- Komandanı belə vəziyyətdə görmək üzücü deyil?

- Birmənalı! Çox üzücüdür. Biz İsveç paytaxtında da eynilə "Neftçi Stokholm" adlı klub yaratmışıq. Bu, birbaşa İsveç Azərbaycanlıları Konqresinin dəstəyilə qurulub. Bu, öz həmyerlilərimizin də oynaya bilməsi üçündür. Hələlik sənədləşmə işləri ilə məşğuluq. Birdən-birə hansısa klubu alıb adını dəyişdirə bilmərik. Orada 11 azərbaycanlı futbolçu toplamaq da çətindir. Ölkəmizi hansısa formada populyarlaşdırmaq istəyirik. Çalışırıq ki, Azərbaycan haqda hansısa məlumata malik olsunlar. İsveçdə müxtəlif ölkələrin klubları fəaliyyət göstərir. Qoy, "Neftçi Stokholm" da olsun.

- İsveçin hansı liqasında oynamaq istəyirsiniz: Peşəkar, yoxsa həvəskar?

- Hələlik ilk addımlarımızı atırıq. Sadəcə, futbol oynamaq istəyənləri cəlb edirik. Bununla yavaş-yavaş irəli getmək istəyirik. Kim istəsə, xoş gəlib.

- Oğlunuz, Azərbaycan yığmasının keçmiş futbolçusu Anatoli Ponomaryov nə işlə məşğuldur?

- Onun öz işləri var. Futbol meneceridir. Hələlik konkret klublarda çıxış edən futbolçuları yoxdur. Çünki bu sahədə yenidir. Transfer pəncərəsinə çatdırmadı. O da bir müddət futbolla məşğul olmadı. Çünki vaxtı yox idi. İndi belə bir vaxt yetişib.

Son xəbərlər

Orphus sistemi