İqor Kolivanov: "Əla oyun alındı"

İqor Kolivanov: "Əla oyun alındı" Bakı. 15 noyabr. REPORT.AZ/ Vəlini təbrik edirəm. Əla oyun alındı. Onun Portuqaliya və İspaniyada da yaxşı karyerası olub.
Futbol
15 Noyabr , 2018 20:51
İqor Kolivanov: Əla oyun alındı

Bakı. 15 noyabr. REPORT.AZ/ "Vəlini təbrik edirəm. Əla oyun alındı. Onun Portuqaliya və İspaniyada da yaxşı karyerası olub.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəli Qasımovun 50 illik yubileyinə həsr olunmuş yoldaşlıq matçında iştirak edən sabiq futbolçu İqor Kolivanov deyib. 

O, V.Qasımovu böyük futbolçu və qeyri-adi insan adlandırıb: "Gələn il Bakıya məzuniyyətə gələcəyəm. Buraya heyran qaldım. Azərbaycanda çoxlu dostlarım var".

Vəli Qasımovun yubiley matçında iştirak edən digər sabiq futbolçu Valeri Şmarov köhnə dostları gördüyü üçün şad olduğunu söyləyib: "Oyundan həzz aldım. Qollar çox baxımlı alındı. Bu, əsl futbol idi. Vəlini təbrik edirəm".

Son xəbərlər

Orphus sistemi