Bakı. 16 oktyabr. REPORT.AZ/ Futbol üzrə İtaliya A Seriyasının VIII turunda mərkəzi görüş "İnter" və "Milan" komandaları arasında keçirilib.
"Report"un məlumatına görə, "Cüzeppe Meatsa" stadionundakı qarşılaşma nominal meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
"İnter"in hər 3 qolunu Mauro İkardi vurub. O, 28-ci, 63-cü və penalti ilə 90-cı dəqiqədə fərqlənib. "Milan"dan isə 56-cı dəqiqədə Suso, 81-ci dəqiqədə Cakomo Bonaventura qola imza atıb.
Bu qələbə sayəsində xallarını 22-yə çatdıran "İnter" 2-ci pillədə qərarlaşıb. 12 xala malik "Milan" isə 10-cudur.