"İnter" - "Mladost" matçının hakimlərinin adı açıqlanıb

"İnter" - "Mladost" matçının hakimlərinin adı açıqlanıb Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçını ukraynalı hakimlər idarə edəcəklər
Futbol
1 İyul , 2017 14:02
İnter - Mladost matçının hakimlərinin adı açıqlanıb

Bakı. 1 iyul. REPORT.AZ/ Bakının “İnter” klubunun futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsində Serbiyanın “Mladost” komandası ilə cavab matçını idarə edəcək hakimlər müəyyənləşib.

“Report”un məlumatına görə, iyulun 6-da “Dalğa Arena”da baş tutacaq görüş ukraynalı hakimlərə həvalə edilib.

Qarşılaşmanın baş hakimi Nikolay Balakin olacaq. Ona həmyerliləri Vladimir Volodin və Aleksandr Korniyko kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Anatoli Jabçenko yerinə yetirəcək.

Hakimlərin işinə polşalı Robert Malek qiymət verəcək.

Qeyd edək ki, bu kollektivlər arasında Serbiyada baş tutan matçda “İnter” 3:0 hesabı ilə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi