​"İnter"in daha bir rəqibi müəyyənləşib

​"İnter"in daha bir rəqibi müəyyənləşib "Bankirlər" Albaniya klubu ilə qarşılaşacaq
Futbol
30 Dekabr , 2015 14:36
​İnterin daha bir rəqibi müəyyənləşib

Bakı. 30 dekabr. REPORT.AZ/ Bakının "İnter" klubunun qış təlim-məşq toplanışı çərçivəsində Türkiyənin Antalya şəhərində yoxlama görüşü keçirəcəyi daha bir rəqib dəqiqləşib. Klubdan "Report"a verilən məlumata görə, "bankirlər" Albaniyanın "Teuta" klubu ilə üz-üzə gələcəklər.

Qarşılaşma yanvarın 16-da baş tutacaq. "Teuta" hazırda Albaniya Super Liqasında 18 turdan sonra 30 xalla 3-cü pillədədir.

Bir neçə gün öncə isə "İnter"in daha iki rəqibinin adı açıqlanıb. Bunlar Almaniya "Verder"inin ikinci komandası və Qazaxıstanın "Atrau" klubudur. "Verder"lə görüş yanvarın 13-də, "Atrau" ilə isə ayın 23-də olacaq. "Bankirlər" toplanış çərçivəsində 4 yoxlama görüşü keçirəcək. Yanvarın 19-da baş tutacaq görüşdəki rəqibin kimliyinə isə yaxın günlərdə aydınlıq gələcək.

Qeyd edək ki, "İnter" yanvarın 4-də Antalyaya 20 günlük təlim-məşq toplanışına yollanacaq.

Son xəbərlər

Orphus sistemi