"İnter"in baş məşqçisi Ağabala Ramazanovun "Qarabağ"a transferini şərh edib

"İnter"in baş məşqçisi Ağabala Ramazanovun "Qarabağ"a transferini şərh edib Zaur Svanadze: "Çətin olacaq, lakin istənilən halda mübarizə aparacağıq"
Futbol
5 Yanvar , 2017 16:32
İnterin baş məşqçisi Ağabala Ramazanovun Qarabağa transferini şərh edib

Bakı. 5 yanvar. REPORT.AZ/ Bakı "İnter"inin futbolçusu Ağabala Ramazanov "Qarabağ"a keçib. Bu barədə "Report"a "İnter"in baş məşqçisi Zaur Svanadze açıqlama verib. 

Gürcüstanlı mütəxəssis 24 yaşlı yarımmüdafiəçinin yoxluğunu komanda üçün itki adlandırsa da, boşluğu gənc futbolçularla doldurmağa çalışacaqlarını bildirib: "Onun bizə çox köməyi dəyirdi. Fikrimcə, yoxluğu oyunumuzda əksini tapacaq. Amma hər halda Ramazanovu əvəzləyə biləcək gənc futbolçularımızın olduğunu düşünürəm. Çətin olacaq, lakin istənilən halda mübarizə aparacağıq. Baxaq, görək necə olacaq".

Qeyd edək ki, Ağabala Ramazanov "Qarabağ"la birgə Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına yollanıb.

Son xəbərlər

Orphus sistemi