"İnter" - "Hafnarfyördur" matçının başlama saatı açıqlanıb

"İnter" - "Hafnarfyördur" matçının başlama saatı açıqlanıb Görüş "İnter Arena"da təşkil olunacaq
Futbol
106
11 İyul , 2015 09:55
İnter - Hafnarfyördur matçının başlama saatı açıqlanıb

Bakı. 11 iyul. REPORT.AZ/ Bakının "İnter" komandasının futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsində İslandiya "Hafnarfyördur"u ilə keçirəcəyi cavab görüşünün başlama saatı müəyyənləşib. "Report"un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, oyunun start fiti iyulun 23-də saat 21:00-da çalınacaq.

Qarşılaşma "İnter Arena"da baş tutacaq.

Qeyd edək ki, "Hafnarfyördur"la "İnter" arasındakı ilk matç iyulun 16-da İslandiyada yerli vaxtla 20:15-də (Bakı vaxtı ilə 17 iyul saat 00:15-də) başlanacaq. 

Son xəbərlər

Orphus sistemi