"İnter" futbolçularının məşq bazasını tərk etmələrinə qadağa qoyulub

"İnter" futbolçularının məşq bazasını tərk etmələrinə qadağa qoyulub Qərar komandanın uğursuz çıxışı ilə bağlıdır
Futbol
25 Aprel , 2017 01:25
İnter futbolçularının məşq bazasını tərk etmələrinə qadağa qoyulub
Reuters

Bakı. 25 aprel. REPORT.AZ/ İtaliyanın "İnter" klubunun rəhbərliyi bu gündən futbolçuları məşq bazasında saxlamağa qərar verib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, bu addım komandanın qeyri-qənaətbəxş qəbul olunan son nəticələri ilə əlaqədar atılıb.

Milan klubu son 5 oyunda 3 məğlubiyyətlə üzləşib və 2 heç-heçə edib. Rəhbərlik baş məşqçi Stefano Pioliyə dəstək verib. Futbolçulara isə aprelin 30-dək bazanı tərk etmələri yasaqlanıb.

Hazırda "İnter" "A" Seriyasında 7-ci pillədə gedir. Komanda növbəti turda "Napoli" ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi