“İnter” futbolçulara fərdi məşqlərə icazə verdi

“İnter” futbolçulara fərdi məşqlərə icazə verdi Milan İnteri komandanın futbolçularının fərdi məşqlərə qayıdışını elan edib.
Futbol
4 May , 2020 08:56
“İnter” futbolçulara fərdi məşqlərə icazə verdi

Milan "İnter"i komandanın futbolçularının fərdi məşqlərə qayıdışını elan edib.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

"Klubun birinci komandasının oyunçuları fərdi məşğuliyyətlərə görə “Appiano-Djentile”də məşq mərkəzindən istifadə edə bilərlər. Kompleksin tibbi və texniki korpuslarından başqa mərkəzin bütün qalan yerləri idmançıların təhlükəsizliyinin təmin olunması üçün bağlı qalacaq", - klubun bəyanatında deyilir.

Daha əvvəl "Roma" futbol klubu da hakimiyyət orqanlarından icazənin alınmasından sonra mayın 6-dan rəsmən yenidən məşq prosesinə başladığını elan edib. Qeyd edilir ki, “Latsio” da həmçinin məşqlərə başlaya bilər.

Son xəbərlər

Orphus sistemi