"İnter Bakı"nın sabiq qapıçısı karyerasını bitirib

"İnter Bakı"nın sabiq qapıçısı karyerasını bitirib Lomaya: "Artıq 37 yaşım var, yəqin ki, zaman yetişib"
Futbol
25 Dekabr , 2016 09:47
İnter Bakının sabiq qapıçısı karyerasını bitirib

Bakı. 25 dekabr. REPORT.AZ/ Bakının "İnter" klubunun sabiq gürcü qapıçısı Georgi Lomaya 37 yaşında karyerasını bitirdiyini elan edib.

"Report" xəbər verir ki, bu barədə futbolçuya istinadən "Sportall.ge" nəşri yazıb.

"Mənim Tbilisi "Dinamo"su ilə müqaviləm 2017-ci ilin iyulunda başa çatır, lakin biz bunu müzakirə etdik və qərara gəldik ki, müqaviləni pozaq. Bəli, mən karyeramı bitirmək qərarına gəldim. Artıq 37 yaşım var, yəqin ki, zaman yetişib. Lakin futbolda qalacağıma ümid edirəm, lisenziya almaq üçün məşqçi kurslarına gedirəm. Mövsüm bitdikdən sonra dərhal "B" lisenziyası almaq üçün ərizə verdim", - deyə qolkiper bildirib.

Lomaya futbol üzrə Gürcüstan millisində 45 oyun keçirib.

Son xəbərlər

Orphus sistemi