"İnter Arena" stadionunun adı dəyişdirilib

"İnter Arena" stadionunun adı dəyişdirilib Bakı. 20 iyul. REPORT.AZ/ Keşlə klubunun ev oyunlarını keçirdiyi İnter Arenanın adı dəyişdirilib.
Futbol
20 İyul , 2018 15:36
İnter Arena stadionunun adı dəyişdirilib
0 : 00
0 : 00

Bakı. 20 iyul. REPORT.AZ/ "Keşlə" klubunun ev oyunlarını keçirdiyi "İnter Arena"nın adı dəyişdirilib. 

Klubun Mətbuat xidmətindən "Report" verilən məlumata görə, stadiona "ASK Arena" ("Azərbaycan Sənaye Korporasiyası") adı verilib.  

Qeyd edək ki, bu stadionun adı ikinci dəfə dəyişdirilib. 2001-ci ildən istifadəyə verilən arena ilk olaraq "Şəfa" stadionu adlandırılıb. Stadiona daha sonra "İnter" (hazırkı "Keşlə") klubunun adına uyğun olaraq "İnter Arena" adı verilib.

Son xəbərlər

Orphus sistemi