İngiltərənin məşhur klubu satışa çıxarıldı

İngiltərənin məşhur klubu satışa çıxarıldı Çinli iş adamı Yao Çzişen sahibi olduğu İngiltərənin Sautgempton futbol klubunu satışa çıxarıb.
Futbol
9 Mart , 2020 10:37
İngiltərənin məşhur klubu satışa çıxarıldı

Çinli iş adamı Yao Çzişen sahibi olduğu İngiltərənin "Sautgempton" futbol klubunu satışa çıxarıb.

"Report" "The Times" nəşrinə istinadən xəbər verir ki, Çzişen kluba 250 milyon funt-sterlinq qiymət qoyub. "Sautgempton"dakı hissələrinin 80 faizini satmaq niyyətindədir.

"Sautgempton" klubunun əsası 1885-ci il noyabrın 21-də qoyulub. Komanda 135 illik tarixi ərzində bir dəfə (1983-1984) Premyer Liqanın gümüş medalını və ölkə kubokunu (1976) qazanıb. Klubun avrokuboklardakı ən böyük uğuru isə 1976-1977 mövsümündə UEFA kubokunda 1/8 final mərhələsinə yüksəlmək və 2016-2017 mövsümündə Avropa Liqasının qrupuna düşmək olub.

Qeyd edək ki, asiyalı futbol funksioneri klubu 2017-ci ildə Katarina Libherrdən 250 milyon funt-sterlinq qarşılığında satın alıb. 3 ildir Yao Çzişenin nəzarətində olan klub Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Hazırda komandaya avstriyalı mütəxəssis Ralf Hazenhüttl başçılıq edir. "Sautgempton" isə 29 oyundan sonra 34 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi