İngiltərənin "Everton" klubunun sabiq futbolçusu vəfat edib

İngiltərənin "Everton" klubunun sabiq futbolçusu vəfat edib Aleks Yanq 80 yaşında dünyasını dəyişib
Futbol
28 Fevral , 2017 03:52
İngiltərənin Everton klubunun sabiq futbolçusu vəfat edib

Bakı. 28 fevral. REPORT.AZ/ İngiltərənin "Everton" klubunun və Şotlandiya millisinin sabiq hücumçusu Aleks Yanq 80 yaşında dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tanınmış futbolçu karyerası ərzində 8 komanda mükafatı əldə edib və 1963-cü ildə İngiltərə çempionatında "Everton"a qələbə qazandırıb. O, həmçinin İngiltərə Kuboku və Superkuboku, Şotlandiya Kubokunu əldə edib, iki dəfə Şotlandiya çempionatının qalibi olub və Şotlandiya Liqa Kubokunu qazanıb. O, "Everton"un heyətində 273 oyuna 87 qol vurub.

Son xəbərlər

Orphus sistemi