İngiltərəli oyunçunun Bakıdakı finalda iştirak etməyəcəyi dəqiqləşib

İngiltərəli oyunçunun Bakıdakı finalda iştirak etməyəcəyi dəqiqləşib İngiltərənin Çelsi komandasının futbolçusu Ruben Loftus-Çikin Bakıda keçiriləcək Avropa Liqasının final matçında iştirak etməyəcəyi dəqiqləşib.
Futbol
107
16 May , 2019 19:00
İngiltərəli oyunçunun Bakıdakı finalda iştirak etməyəcəyi dəqiqləşib

İngiltərənin "Çelsi" komandasının futbolçusu Ruben Loftus-Çikin Bakıda keçiriləcək Avropa Liqasının final matçında iştirak etməyəcəyi dəqiqləşib.

"Report" "goal.com" saytına istinadən xəbər verir ki, ABŞ-ın "New England Revolution" kollektivi ilə yoldaşlıq görüşündə zədələnən 23 yaşlı yarımmüdafiəçinin durumuna aydınlıq gəlib. 

Tibbi müayinədən sonra ingiltərəli oyunçunun 5-9 aya qədər yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib. 

ABŞ komandası ilə görüş London klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, “Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda “Arsenal” ilə qarşılaşacaq. Ruben Loftus-Çik cari mövsüm İngiltərə Premyer Liqasında 24 oyuna 6 qol vurub. 

Son xəbərlər

Orphus sistemi