İngiltərədə bütün idman növləri üzrə ən çox maaş alan məşqçilərin adları açıqlanıb

İngiltərədə bütün idman növləri üzrə ən çox maaş alan məşqçilərin adları açıqlanıb İngiltərədə bütün idman növləri üzrə ən yüksək əmək haqqı alan məşqçilərin adları açıqlanıb.
Futbol
31 Oktyabr , 2019 13:54
İngiltərədə bütün idman növləri üzrə ən çox maaş alan məşqçilərin adları açıqlanıb

İngiltərədə bütün idman növləri üzrə ən yüksək əmək haqqı alan məşqçilərin adları açıqlanıb.

“Report” “The Sun”a istinadən xəbər verir ki, siyahıya “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola başçılıq edir. İspaniyalı mütəxəssisin illik maaşı 20 milyon funt sterlinq təşkil edir.

“Üçlüy”ü “Tottenhem”in baş məşqçisi Maurisio Poçettino ilə “Mançester Yunayted”ə rəhbərlik edən Ole Qunnar Sulşer qapayır. Onların illik məvacibi müvafiq olaraq 8,5 və 7,5 milyon funt sterlinqdir.

“Formula 1”də çıxış edən “Mercedes”in icraçı direktoru Toto Volff illik 7 milyon funt sterlinq qazancla 4-cü yerdədir. Komanda Almaniyanı təmsil etsə də, bazası İngiltərədədir.

Son xəbərlər

Orphus sistemi