İngiltərə Premyer Liqasının lideri müəyyənləşəcək

İngiltərə Premyer Liqasının lideri müəyyənləşəcək Mərkəzi oyunda "Mançester Siti" və "Çelsi" komandaları qarşılaşacaq
Futbol
3 Dekabr , 2016 12:37
İngiltərə Premyer Liqasının lideri müəyyənləşəcək

Bakı. 3 dekabr. REPORT.AZ/ Bu gün futbol üzrə İngiltərə Premyer Liqasında XIII turun oyunları keçiriləcək. "Report"un məlumatına görə, turun mərkəzi görüşü Mançesterdə keçiriləcək - "Mançester Siti" Londonun "Çelsi" klubunu qəbul edəcək. 

Bu görüşün nəticəsinə əsasən Premyer Liqanın lideri müəyyənləşəcək. Hazırda 31 xalla siyahıya başçılıq edən Antonio Kontenin komandası səfər qələbəsi sayəsində 1-ci pillədəki mövqeyini möhkəmləndirəcək. Xosep Qvardiolanın "şəhərlilər"i isə 30 xalla "Liverpul"la 2-3-cü pillələri bölüşür.

Mançester təmsilçisi isə bu gün qələbə qazanacağı və sabah "Liverpul" "Bornmut" səfərində xal itirəcəyi təqdirdə birinciliyi ələ keçirəcək.

"Mançester Siti" - "Çelsi" oyunu Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. Sabah keçiriləcək "Bornmut" - "Liverpul" oyunu isə saat 17:30-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi