İngiltərə Premyer Liqasının ən yaxşı baş məşqçisi müəyyənləşib
Futbol
- 16 may, 2018
- 05:59
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 16 may. REPORT.AZ/ Futbol üzrə İngiltərə Premyer Liqasında 2017/2018 mövsümünün ən yaxşı baş məşqçisi müəyyənləşib.
“Report” yarışın rəsmi saytına istinadən xəbər verir ki, bu ada “Mançester Siti”yə rəhbərlik edən Xosep Qvardiola layiq görülüb. 47 yaşlı ispaniyalı mütəxəssis sorğuda digər 5 namizədi - Yurgen Klopp (“Liverpul”), Şon Dayç (“Börnli”), Roy Hocson (“Kristal Pelas”), Rafael Benites (“Nyukasl”) və Kris Hyutonu (“Brayton”) qabaqlayıb.
Qeyd edək ki, Xosep Qvardiolanın rəhbərliyi altında “Mançester Siti” Premyer Liqa tarixində ilk dəfə 100 xal toplayaraq çempion olub. “Şəhərlilər” ən yaxın izləyiciləri “Mançester Yunayted”i 19 xal qabaqlayıblar.
Son xəbərlər
20:15
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb
Futbol
20:03
Nazir müavini: Azərbaycan və Albaniya energetika, ticarət və investisiya sahələrində əməkdaşlığı genişləndirir
Xarici siyasət
20:02
Qarabağ Universiteti: Heç bir tələbə ali təhsil müəssisəsindən qovulmayıb
Elm və təhsil
19:59
Səfir: Albaniya Orta Dəhlizin 8-ci Dəhliz və Dürres limanı ilə birləşdirilməsində maraqlıdır
İnfrastruktur
19:55
"Nvidia"nın səhmləri Censen Huanqın qayıdışından sonra 30 % artıb
Digər ölkələr
19:45
Merts Avropanın Rusiya ilə danışıqlara hazır olduğunu bildirib
Digər ölkələr
19:42
Foto
Futzal üzrə Yüksək və Birinci Liqalarda 2026/2027 mövsümünə start verilib
Futbol
19:36
Foto
Naxçıvanda kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının icrası müzakirə olunub
ASK
19:28
"Hermes Finance" "Caspian Auto İmport"un səhmdarları sırasından çıxıb
Maliyyə