İngiltərə Premyer Liqası: "Arsenal" səfərdə məğlub olub

İngiltərə Premyer Liqası: "Arsenal" səfərdə məğlub olub İngiltərə Premyer Liqasının 31-ci turunun matçında Vulverhempton Londonun Arsenal klubunu qəbul edib.
Futbol
25 Aprel , 2019 01:50
İngiltərə Premyer Liqası: Arsenal səfərdə məğlub olub

İngiltərə Premyer Liqasının 31-ci turunun matçında "Vulverhempton" Londonun "Arsenal" klubunu qəbul edib.

"Report" xəbər verir ki, qarşılaşma Vulverhemptonun "Moline" stadionunda baş tutub meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı matçın 28-ci dəqiqəsində "Vulverhempton"un yarımmüdafiəçisi Ruben Neveş açıb. Bundan 9 dəqiqə sonra müdafiəçi Mett Doerti meydan sahiblərinin hesabdakı üstünlüyünü artırıb.

Birinci hissəyə əlavə edilmiş vaxtda "Vulverhempton"un yarımmüdafiəçisi Dioqu Jota üçüncü topu "Arsenal"ın qapısından keçirib. "Arsenal"ın yeganə qolunu müdafiəçi Sokratis Papastatopulos qarşılaşmanın 80-ci dəqiqəsində vurub.

"Vulverhempton" bu matçdan sonra 51 xal toplayıb və İngiltərə çempionatının yarış cədvəlində 7-ci yerdə qərarlaşıb. "Arsenal" isə 66 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 5-ci yerdədir.

Son xəbərlər

Orphus sistemi