İngiltərə millisinin üzvü koronavirusla bağlı zarafata görə cəzalandı

İngiltərə millisinin üzvü koronavirusla bağlı zarafata görə cəzalandı İngiltərə Futbol Assosiasiyası Tottenhem klubunun oyunçusu Dele Allini bir oyunluq cəzalandırıb.
Futbol
11 İyun , 2020 17:06
İngiltərə millisinin üzvü koronavirusla bağlı zarafata görə cəzalandı

İngiltərə Futbol Assosiasiyası "Tottenhem" klubunun oyunçusu Dele Allini bir oyunluq cəzalandırıb. 

"Report" BBC-yə istinadən xəbər verir ki, buna 24 yaşlı yarımmüdafiəçinin koronavirusla bağlı zarafat videosunu sosial şəbəkədə yayımlaması səbəb olub. 

İngiltərə millisinin üzvü həmçinin 50 min funt sterlinq məbləğində cərimələnib. Alli bu səbəbdən mövsümün bərpasından sonra iyunun 19-da "Mançester Yunayted"lə ilk oyunu buraxacaq. 

Qeyd edək ki, İngiltərə Premyer Liqasının iyunun 17-də bərpa olunması ilə bağlı qərar çıxarılıb.

Son xəbərlər

Orphus sistemi