İngiltərə klubunun məşqçisi koronavirusa yoluxdu

İngiltərə klubunun məşqçisi koronavirusa yoluxdu İngiltərənin Börnli futbol komandasının məşqçisi Yan Voan koronavirusa yoluxub.
Futbol
19 May , 2020 23:57
İngiltərə klubunun məşqçisi koronavirusa yoluxdu

İngiltərənin "Börnli" futbol komandasının məşqçisi Yan Voan koronavirusa yoluxub.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, məşqçilər heyəti və futbolçular COVID-19 testindən ötən həftəsonu keçiblər. Voanın xəstəliyinin simptomsuz yarandığı bildirilir.

Baş məşqçi Şon Dayçın köməkçisi 7 günlük karantinə göndərilib. Lakin o, klub əməkdaşları ilə əlaqə saxlaya biləcək.

Qeyd edək ki, "Börnli" Premyer Liqada 29 oyundan 39 xalla 10-cu pillədə yer alıb. 

Son xəbərlər

Orphus sistemi