​İngiltərə klubu Burak Yılmaza rəsmi təklif göndərib

​İngiltərə klubu Burak Yılmaza rəsmi təklif göndərib Təklifin dəyəri 5 milyon avrodur
Futbol
1239
20 Avqust , 2015 09:44
​İngiltərə klubu Burak Yılmaza rəsmi təklif göndərib

Bakı. 20 avqust. REPORT.AZ/ İngiltərənin "Vest Hem" klubu "Qalatasaray"ın futbolçusu Burak Yılmaz üçün təklif göndərib. "Report"un məlumatına görə, bu barədə İstanbul təmsilçisi rəsmi açıqlama yayıb.

Mətbuatda həqiqəti əks etdirməyən xəbərlərin yayıldığından bəhs edən açıqlamada qeyd olunub ki, futbolçu üçün təklif olunan məbləğ 5 milyon avrodur. Lakin Burak Yılmaz "Qalatasaray"dan getmək istəmədəyi kimi, klub da onu satmaq fikrində deyil.

Qeyd edək ki, Burak Yılmaz 2012-ci ildən "Qalatasaray"da çıxış edir. İstanbul klubundan əvvəl hücumçu "Trabzonspor"un formasını geyinib.

Son xəbərlər

Orphus sistemi