İngiltərədə oyunlar zamanı futbolçuların müvəqqəti kənarlaşdırılma qaydası tətbiq olunub

İngiltərədə oyunlar zamanı futbolçuların müvəqqəti kənarlaşdırılma qaydası tətbiq olunub İngiltərənin bəzi liqalarında 2019/2020 mövsümündən futbolçuların müvəqqəti qovulmaları tətbiq olunacaq.
Futbol
30 İyul , 2019 10:48
İngiltərədə oyunlar zamanı futbolçuların müvəqqəti kənarlaşdırılma qaydası tətbiq olunub

İngiltərənin bəzi liqalarında 2019/2020 mövsümündən futbolçuların müvəqqəti qovulmaları tətbiq olunacaq. 

"Report" İngiltərə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, belə kənarlaşdırılmalar "cəriməlilər skamyası" adlandırılacaq. Oyunçular bu cür cəzaları meydanda hakimlərin qərarları ilə mübahisələrə görə alacaqlar. 

Dəyişiklik məcburi qaydada kişilərdə 5-ci, qadınlarda isə 3-cü liqayadək həyata keçiriləcək. Hakimlərin qərarı ilə mübahisə edəcək oyunçulara sarı vərəqə göstəriləcək və baş hakim onlara cərimə skamyasına yönəlmələri üçün göstəriş verəcək. İki belə müvəqqəti kənarlaşdırılma oyunçunun birdəfəlik qovulmasına səbəb olacaq. 

Son xəbərlər

Orphus sistemi