Bakı. 19 aprel. REPORT.AZ/ İngiltərə çempionatının 33-cü turunun Londonda baş tutan mərkəzi görüşündə "Çelsi" "Mançester Yunayted"i 1:0 hesabı ilə məğlub edib.
“Report” xəbər verir ki, qələbə qolunu Eden Azar vurub.
Beləliklə, "aristokratlar" "Arsenal" ilə xal fərqini 10-a çatdırıblar.
Matç bərabər səviyyədə keçib. Qonaqlar hücumda “dişsiz” olublar.
İngiltərə çempionatı, 33-cü tur
“Kristal Pelas” – “Vest Bromviç” - 0:2
Qollar: Morrison (2), Qardner (53).
“Everton” – “Bernli” - 1:0
Qol: Miralyas (29).
“Lester” – “Suonsi” - 2:0
Qollar: Uloa (15), Kinq (89).
“Stok Siti” – “Sautqempton” - 2:1
Qollar – Şnayderlin (22), Diuf (47), Adam (84).
“Çelsi” – “Mançester Yunayted” - 1:0
Qol: Azar (38).