I Divizionda yeni mövsümün püşkü atıldı

I Divizionda yeni mövsümün püşkü atıldı Futbol üzrə Azərbaycan I Divizionunda 2020/2021 mövsümünün püşkatma mərasimi keçirilib.
Futbol
24 Sentyabr , 2020 15:34
I Divizionda yeni mövsümün püşkü atıldı

Futbol üzrə Azərbaycan I Divizionunda 2020/2021 mövsümünün püşkatma mərasimi keçirilib.

"Report"un məlumatına görə, AFFA-nın inzibati binasında baş tutmuş tədbir klub və KİV nümayəndələri üçün qapalı olub. 

Ötən mövsümdən fərqli olaraq, çempionat 10 komandanın iştirakı ilə 3 dövrədən ibarət olacaq. 

2020/2021 mövsümü

I tur

“Keşlə-2” - “Kəpəz”

“Sumqayıt-2” - “Qarabağ-2”

“Qaradağ Lökbatan” -  MOİK

“Turan Tovuz” - “Zaqatala”

“Neftçi-2” - “Sabah-2”

Qeyd edək ki, I Diviziona oktyabrın 1-də start veriləcək. 

Son xəbərlər

Orphus sistemi