I Divizionda qaliblərin mükafatlandırılacağı vaxt bilindi

I Divizionda qaliblərin mükafatlandırılacağı vaxt bilindi Görüşün ardından Tovuz klubu Türk Hava Yolları Futbol Mərkəzi"nə yollanacaq
Futbol
16 May , 2021 15:45
I Divizionda qaliblərin mükafatlandırılacağı vaxt bilindi

Futbol üzrə Azərbaycan I Dizionunda qaliblərinin mükafatlandırma mərasimi mayın 17-də Bakının Bakıxanov qəsəbəsindəki "Türk Hava Yolları Futbol Mərkəzi"ndə keçiriləcək.

Bu barədə "Report"a Peşəkar Futbol Liqasının Texniki-idman şöbəsinin rəisi Elgiz Abbasov məlumat verib.

Onun sözlərinə görə, tədbir "Neftçi-2" və "Zaqatala" arasındakı XXVII tur matçının ardından təşkil olunacaq. Qarşılaşma Zaqatalada keçirilməlidi idi, lakin hər iki klubun razılığıa əsasən mükafatlar Bakıda təqdim ediləcək.

Paytaxt təmsilçisi qızıl, əyalət təmsilçisi isə gümüş medalı təmin edib. "Turan-Tovuz" isə çempionatın bürünc medalına sahib olub.

Qeyd edək ki, "Zaqatala" - "Neftçi-2" matçı 16:30-da, MOİK - "Turan-Tovuz" görüşü isə 14:00-da başlayacaq. Görüşün ardından Tovuz klubu Türk Hava Yolları Futbol Mərkəzi"nə yollanacaq.

Ötən mövsüm pandemiya ilə əlaqədar yarımçıq dayandırıldığından, qaliblər ayrı-ayrılıqda mükafatlandırılmışdılar.

Son xəbərlər

Orphus sistemi